Azərbaycan ixracatçıları üçün Çin şərab bazarına dair təlim keçirilib

Azərbaycan ixracatçıları üçün Çin şərab bazarına dair təlim keçirilib
# 21 dekabr 2013 10:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Çinin şərab bazarına dair təlim keçirilib.


İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yerli şərab ixracatçıları üçün Çin şərab bazarına dair aparılan araşdırma əsasında keçirilmiş təlimdə ixracatçı şirkətlərin nümayəndələri iştirak ediblər.


Tədbirdə çıxış edən Azpromo-nun vitse-prezidenti Vidadi Quliyev yerli ixracatçıların potensial xarici bazarlara çıxışı üçün ixrac zamanı tətbiq olunan proseduralar, ixrac məhsullarına dair standartlar, beynəlxalq ticarətdə müqavilə hüququ, logistika və digər məsələlər üzrə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini qeyd edib, Azpromo-nun bu sahədə gördüyü işlər barədə məlumat verib.


Təlim çərçivəsində Azpromo-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı Çinin idxal-ixrac proseduraları barədə yerli şərab ixracatçılarını məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıb.


Tədbir çərçivəsində şirkətlərə «Çin Xalq Respublikasının şərab bazarı»na dair kitabça və disklər paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR