Bakıda 48 sərnişin avtobusu istismardan uzaqlaşdırılıb - VİDEO

Bakıda 48 sərnişin avtobusu istismardan uzaqlaşdırılıb - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 12:15 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxt ərazisində avtobus sürücülərinə qarşı keçirilən reyd zamanı işıqforun qırmızı işığında keçən 6, sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olan 2, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 18, sürücülük vəsiqəsində “D” kateqoriyası olmadan 21, dayanacaqdan kənarda sərnişin götürən 108 sürücü barəsində protokol tərtib edilib.

V. Əsədov keçirilən reyd zamanı 48 sərnişin avtobusunun istismarının dayandırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR