Tiflis hava limanında iki Azərbaycan vətəndaşı saxlanılıb

Tiflis hava limanında iki Azərbaycan vətəndaşı saxlanılıb
# 23 dekabr 2013 14:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis beynəlxalq hava limanında iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Dubaydan gələn bu şəxslərdən birinin baqajında və əl yükündə deklarasiya olunmamış, ümumi dəyəri 4749,31 lari (təxminən 2800 dollar) olan mal, digərinin baqajında isə ümumi dəyəri 5896,05 lari (təxminən 3,5 min dollar) olan deklarasiya olunmamış mal aşkarlanıb. Gömrük bəyannaməsində əksini tapmamış mallar telefonlar və kompüterlər olub.

Saxlanılan Azərbaycan vətəndaşları T.M. və E.S. Gürcüstan Vergi Məcəlləsinin 289-cu maddəsinin 10-cu bəndinə müvafiq olaraq cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR