“Eurovision 2013” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib - FOTO

“Eurovision 2013” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 12 may 2013 23:56 (UTC +04:00)

Malmö. Ülkər Qasımova – APA. Bu gün İsveçin Malmö şəhərində “Eurovision -2013” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

APA-nın Malmödə səfərdə olan müxbirinin verdiyi məlumata görə, açılış mərasimi Malmö Operada baş tutub. Builki müsabiqə təmsilçiləri və nümayəndə heyətlərinin hər biri elan olunub.

Açılış mərasimində ötənilki müsabiqənin qalibi Loreen də iştirak edib. Loreen 39 ölkə təmsilçisini İsveçdə salamlayıb və hər birinə uğurlar diləyərək, layiqli iştirakçının qalib olmasını diləyib.

Daha sonra mərasim “EuroClub”da davam etdirilib. Təmsilçilər bu məkanda öz ifalarını təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR