QAT üzvləri Ağdamın işğalının 20-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

QAT üzvləri Ağdamın işğalının 20-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
# 23 iyul 2013 11:17 (UTC +04:00)

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə təşkilat üzvləri Şəhidlər Kompleksini ziyarət edib. Sonra xiyabanda dəfn edilən Şirin Mirzəyev, Ramiz Qəmbərovun məzarları, Türk Şəhidliyi, daha sonra isə 2-ci Fəxri xiyabandakı Ağdam şəhidlərinin, o cümlədən Asif Məhərrəmov (Fred Asif ), Elmar Edilovun, həmçinin Mübariz İbrahimov, Xudu Məmmədov və digərlərinin məzarları ziyarət olunub.

QAT sədri Akif Nağı bildirib ki, işğaldan keçən 20 il həddindən artıq çoxdur. O bildirib ki, daha gözləməyə lüzum yoxdur. A. Nağı ərazilərin işğaldan azad olunması üçün hərbi əməliyyatlara başlanılmasını təkid edərək, problemin sülh yolu ilə həlli ilə bağlı aparılan danışıqların nəticəsiz olduğunu xatırladıb. O qeyd edib ki, torpaqlar yalnız hərbi yolla azad oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR