İstanbulda keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisi basa çatıb - FOTO

İstanbulda keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisi basa çatıb - <span style="color: red;">FOTO
# 10 may 2013 15:02 (UTC +04:00)

Sərgidə Azərbaycandan Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin geniş tərkibli nümayəndə həyəti, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, “Azairtechservice» şirkətinin nümayəndələri iştirak ediblər.

Sərgi çərçivəsində Azərbaycan heyətləri ilə müxtəlif ölkələrdən firmalar və rəsmi həyətlər arasında görüşlər keçirilib. Türkiyənin 3 firması – Otokar, MKE və ROKETSAN ilə MSN arasında birgə istehsalın qurulmasına dair protokollar imzalanıb.

Sərgidə Azərbaycan istehsalı olan məhsullar böyük marağa səbəb olub. IDEF-2014 sərgisində ilk dəfə olaraq 14.5 mm çaplı “İstiqlal” snayper tüfənginin təkmilləşdirilmiş versiyası olan “İstiqlal-T” snayper tüfəngi, HP-7.62 hücum pulemyotu, həmçinin «Gürzə» patrul maşını beynəlxalq hərbi ictimaiyyətə təqdim olunub.

IDEF-2013 çərçivəsində 2014-cü ilin sentyabr ayının 17-19-da Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sərgisi rəsmən beynəlxalq səviyyədə elan olunub və istehsalçı firmalara dəvətnamələr paylanıb.

Növbəti IDEF sərgisinin 2015-ci ilin may ayinin 5-7-də tarixlərində keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR