Hindistana güclü siklonun yaxınlaşır, 440 000 min nəfər evakuasiya olunub

Hindistana güclü siklonun yaxınlaşır, 440 000 min nəfər evakuasiya olunub
# 12 oktyabr 2013 11:58 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Güclü siklonun yaxınlaşması səbəbi ilə Hindistanın şərq sahillərində yaşayan 440 000 min insan evindən evakuasiya olunub.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, Hindistanın Fövqəladə Hallar üzrə Milli Qurumun vitse-prezidenti Marri Şaşidhar Reddi deyib ki, “Failin” adı verilən qasırğa artıq ölkə hüdudlarına yaxınlaşır.

O bildirib ki, xilasedicilər Orissa və Andxra Pradeş ştatında yaşayan insanları tez bir zamanda evakuasiya etməsi istiqamətində işlər aparırlar. M.Ş.Reddi əlavə edib ki, siklonun ölkəyə güclü ziyan vuracağı gözlənilir.

Qeyd edək ki, Hindistanın tarixində üçüncü dəfədir, bu cür irimiqyaslı evakuasiya tədbirləri görülür. 1990-cı ildə siklon təhlükəsi ilə əlaqədar 650 000, 2009-cu ildə isə daşqınlara görə 550 000 min nəfər evakuasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR