Gəncə sakini sakitləşdirici iynənin təsirindən ölüb

Gəncə sakini sakitləşdirici iynənin təsirindən ölüb
# 17 oktyabr 2013 13:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə özünü pis hiss edən şəhər sakininə vurulan iynə ölümlə nəticələnib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Hamlet Məmmədov evində şok keçirib və xəstəxanaya gətirilərkən yolda ölüb. Şəhər Prokurorluğundan bildiriblər ki, 53 yaşlı H. Məmmədov evdə özünü pis hiss edib və həyat yoldaşı Svetlana Məmmədova ona sakitləşdirici iynə vurub. Lakin H. Məmmədov iynənin təsirindən şok keçirərək xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR