BƏƏ Misirə 4,9 mlrd dollar ayırır

BƏƏ Misirə 4,9 mlrd dollar ayırır
# 26 oktyabr 2013 22:34 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma oktyabrın 26-da Əbu Dabidə, Misirin baş naziri Xazem əl Biblavinin BƏƏ-yə səfəri çərçivəsində imzalanıb.

Bu məbləğə Məhəmməd Mursi prezidentlikdən devrildikdən sonra BƏƏ-nin Misirə ayırdığı 1 mlrd dollar da daxildir.

Daha 1 mlrd dollar Misiri müxtəlif növ yanacaqla təmin etmək üçün ayrılacaq. Bundan başqa, ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə BƏƏ buğdanın saxlanılması üçün 25 elevatorun tikintisini maliyyələşdirəcək.

BƏƏ həmçinin bütün lazımi infrastrukturu ilə təchiz olunmuş 50 min mənzil, 100 məktəb tikməyə, ucqar kəndləri elektrik enerjisi ilə təmin etməyə söz verib. BƏƏ-nin vəsaitləri hesabına nəqliyyat sisteminin müasirləşdirilməsi həyata keçiriləcək, bu məqsədlə artıq 600-dək avtobus alınıb.

Qeyd edək ki, bundan əvvəl ölkədə maliyyə vəziyyətinin sabitləşməsi üçün BƏƏ Misirə 2 mlrd dollar kredit təqdim edib.

Qeyd edək ki, Mursi hakimiyyətdən devrildikdən sonra BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt Misirə yardımın həcmini xeyli çoxaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR