“ADU-nun professor-müəllim heyətinin 1948-2010-cu illərdə nəşr olunmuş əsərlərinin biblioqrafiyası”nın təqdimatı keçirilib - FOTO

“ADU-nun professor-müəllim heyətinin 1948-2010-cu illərdə nəşr olunmuş əsərlərinin biblioqrafiyası”nın təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 04 dekabr 2013 11:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Azərbaycan Dillər Universitetində “ADU-nun professor-müəllim heyətinin 1948-2010-cu illərdə nəşr olunmuş əsərlərinin biblioqrafiyası” adlı kitabın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, universitetin rektoru, millət vəkili Səməd Seyidov bildirib ki, kitabın çapı universitetin həyatında əlamətdar hadisədir: “Əsərləri bir yerə toplayıb biblioqrafiya hazırlamaq nə qədər çətin olsa da, bir o qədər də şərəfli və əhəmiyyətli işdir. Universitetin kitabxanasının əməkdaşları Elmi hissə ilə birlikdə bu məsuliyyətli işin öhdəsindən uğurla gəliblər”.

S.Seyidov əlavə edib ki, elmi göstəricinin tərtibi ali məktəblər arasında ilk təşəbbüsdür: “Əsər dilçilik elminin inkişafında mühüm təsir göstərəcək sanballı elmi əsərdir. İnanıram ki, biblioqrafiya gələcəkdə digər dillərdə nəşr olunacaq, elektron versiyası hazırlanacaq”.

Biblioqrafiyanın elmi redaktorlarından olan Ələddin Əliyev qeyd edib ki, işə 1985-ci ildən başlanılıb və geniş elmi araşdırmalar aparılaraq əhəmiyyətli əsər çap olunub. Professor Dünyamin Yunusov, ADU-nun kitabxanasının əməkdaşı Səkinə Qasımova, professorlar Bilal İsmayılov, Məsməxanım Qazıyeva çıxışlarında biblioqrafiyanın əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, kitab “Mütərcim” nəşriyyatında iki dildə - Azərbaycan və rus dillərində çap olunub. Ön sözün müəllifi Səməd Seyidovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR