Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı metrosunda qatarların sayı artırılacaq

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı metrosunda qatarların sayı artırılacaq
# 16 sentyabr 2013 10:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Metropolitenində qatarların sayı tədricən artırılacaq. Bunu “APA-Economics”ə Metropolitenin inşaat üzrə rəis müavini Rizvan Bayramov bildirib.

Onun sözlərinə görə, qatarları eyni vaxtda xəttə buraxmaq düzgün deyil: “Bu artıq enerji, israfçılıqdır. Bundan başqa, depodan da qatarları bir-birinin ardınca buraxmaq olmaz. Çünki qatarların arasında nasaz olan, geri qaytarılan, onun əvəzinə yenisi verilən və s. olur”.

R.Bayramov əlavə edib ki, metro daim gün ərzində qaynar rejimdə işləyir: “Qatarların hamısını birdən depoya buraxmaq da mümkün deyil. Onlar da bir-bir xətdən çıxırlar. Ona görə də səhər və axşam saatlarında qatarlar arasında interval böyük olur. Yay qrafikinə əsasən, 24 qatar cütü işləyirdi, yəni 1 saatda 24 qatar gedib-gəlirdi. Amma dərslər başlayandan qatarların da sayı tədricən 30 cüt olacaq. Düzdür, bu 30 cüt hazırkı imkanları ödəmir. Çünki bizdə iki xətt - Yaşıl və Qırmızı xətt iki səviyyədə kəsişir. Lakin xətt ayrıldıqdan sonra metroda Dərnəgül-Xətai qatarı olacaq. Xətlər ayrıldıqdan sonra isə intervallar da azalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR