Ukraynalı oliqarx kütləvi etiraz aksiyalarına dəstək verib

Ukraynalı oliqarx kütləvi etiraz aksiyalarına dəstək verib
# 12 dekabr 2013 12:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, V. Pinçuk bunu İngiltərənin nüfuzlu “Financial Times” qəzetinə açıqlamasında deyib.

İş adamı bildirib ki, “Avromaydan”dakı insanlar 2004-cü ildə olduğu kimi, dinc və konstruktiv həll yolu tapmaq üçün nə etmək lazım olduğu yönündə həm biznesmen, həm də vətəndaş kimi onu düşünməyə vadar ediblər. V. Pinçukun fikrincə, “Avromaydan”ın başlıca nailiyyəti budur ki, Ukrayna vətəndaş cəmiyyəti öz gücünü göstərib: “Söhbət təkcə ondan getmir ki, insanlar konkret siyasi razılaşmanın lehinə seçim ediblər. Əsas odur ki, vətəndaşlar azad şəkildə öz mövqelərini formalaşdıraraq bunu ifadə edirlər. Heç bir şey bundan daha güclü ola bilməz. Bu, ölkəmizin gələcəyi üçün məndə çox böyük nikbinlik yaradır”.

Qeyd edək ki, yəhudi əsilli V. Pinçuk Ukraynanın ən zəngin iş adamlarından biridir.

Xatırladaq ki, daha əvvəl məşhur “Bloomberg News” ukraynalı bəzi oliqarxların indiki hakimiyyətdən üz döndərdiyi haqda xəbər yayıb. Bu oliqarxların sırasında Viktor Pinçuk, Dmitri Firtaş, Pyotr Poroşenko, hətta Rinat Əhmədovun adları çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR