Bəstəkar Elmira Nəzirova İsraildə vəfat edib

Bəstəkar Elmira Nəzirova İsraildə vəfat edib
# 24 yanvar 2014 07:51 (UTC +04:00)

APA-nın AzərTAc-a istinadən məlumatına görə, Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulub.

1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G.Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor B.Zeydmanın bəstəkarlıq sinfini bitirib. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvü olub. “Şərəf nişanı” ordeni ilə təltif edilib.

1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edilər.

2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar və pianoçu Elmira Nəzirovanın 75 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR