“Azəriqaz”: “Bakıda fasiləsiz qaz təchizatı yaxın saatlarda bərpa olunacaq”

“Azəriqaz”: “Bakıda fasiləsiz qaz təchizatı yaxın saatlarda bərpa olunacaq”
# 02 fevral 2014 11:21 (UTC +04:00)

Bakı-APA. Bakıda fasiləsiz qaz təchizatı yaxın saatlarda bərpa olunacaq. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev APA TV-yə bildirib ki, qəza bərpa işləri ilə bağlı Suraxanı , Sabunçu rayonlarında qazın verilməsinə məhdudiyyət qoyulub ki, bu problemin bir neçə saat ərzində həll edilməsinə çalışılır.

Bildirilib ki, Abşeronda problem aradan qaldırılsa da, Qaradağ rayonun Buta qəsəbəsində hələlik qazın verilməsinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, "Digah-Böyük Şor" magistral qaz kəmərində baş vermiş sızma ilə əlaqədar fevralın 1-i səhər saatlarından Bakının Nərimanov, Nizami, Sabunçu, Xətai və Binəqədi rayonlarına qazın verilişində məhdudiyyət qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR