“TuranBank”ın aktivləri 14% artıb

“TuranBank”ın aktivləri 14% artıb
# 21 yanvar 2014 10:20 (UTC +04:00)

Bakı. Nail Hüseynli - APA-Economics. Azərbaycanın “TuranBank” ASC-nin aktivləri 2013-cü ildə 13,7% artaraq 2014-cü ilin yanvarın 1-nə 246,864 mln. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli illik müqayisədə 11,8% artaraq 180,247 mln. manata çatıb.

Ötən il üzrə bankın müştəri hesabları və depozit portfeli 108,2 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri illik müqayisədə 23,5% artaraq 61,344 mln. manat olub.

Bankın nizamnamə kapitalı 46,7% artaraq yanvarın 1-nə 44 mln. manat, məcmu kapitalı 49,3% artaraq 50,489 mln. manata çatıb.

Qeyd edək ki, 2013-cü ildə bankın gəlirləri 27,646 mln. manat, xərcləri isə 22,518 mln. manat təşkil edib. Hesabat dövrü üzrə bankın balans mənfəəti 5,128 mln. manat, xalis mənfəət isə 4,191 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR