Azərbaycan avtomobil bezini idxalını vergi və rüsumdan azad edib - YENİLƏNİB

Azərbaycan avtomobil bezini idxalını vergi və rüsumdan azad edib - <span style="color: red;">YENİLƏNİB
# 28 yanvar 2014 14:09 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, indiyə qədər Azərbaycana gətirilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədli və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədli mühərrik benzininin 1 tonu üçün 250 ABŞ dolları məbləğində aksiz dərəcəsi tətbiq olunub.

Dəyişikliyə əsasən, bundan sonra 2014-cü il iyunun 1-dək mühərrik benzininin 1 tonuna aksiz dərəcəsi 1 dollar müəyyən edilib.

Daha bir qərarla ölkə hökuməti Azərbaycana gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrinə dəyişiklik edib və iyunun 1-dək mühərrik benzinini 15% idxal rüsumundan azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR