Bakıda zibillikdən hərbi sursat tapılıb - FOTOSESSİYA - VİDEO

Bakıda zibillikdən hərbi sursat tapılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 dekabr 2013 14:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 11:55-də Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin yaxınlığında partlayıcı əşya aşkar edilməsi barədə xidmətə məlumat daxil olub. Hadisə yerinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən məişət tullantıları olan ərazidə 2 ədəd 125 millimetr tank əleyhinə mərmi, 4 ədəd 100 millimetr top mərmisi, 1 ədəd 100 millimetr top mərmisinin fraqmentləri, 31 ədəd müxtəlif mərmilərin partladıcı döyüş başlıqları aşkarlandığı məlum olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin ediblər. Xidmətin mütəxəssisləri tərəfindən aşkar olunan sursatlara baxış zamanı onların döyüş üçün yararsız olduğu müəyyənləşib.

Adıçəkilən əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR