Böyük Britaniyalı rejissor Dövlət Gənc Tamaşaçılar Teatrında olub

Böyük Britaniyalı rejissor Dövlət Gənc Tamaşaçılar Teatrında olub
# 02 dekabr 2013 16:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artisti Mübariz Həmidov Böyük Britaniyalı teatr xadimi, rejissor Yan Vilyem Van Den Bohla görüşüb.

Teatrdan APA-ya verilən məlumata görə, görüşdə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq ölkə teatrlarında çalışan kadrların ixtisaslarının beynəlxalq standartlar səviyyəsində təkmilləşdirmək məqsədilə Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq yeni layihə müzakirə edilib.

Layihə çərçivəsində noyabrın 26-dan dekabrın 8-dək Yan Vilyem Van Den Bohun Gənc Tamaşaçılar Teatrının aktyor və rejissorları ilə təlimi, noyabrın 28-dən dekabrın 5-dək Liza Kukun iştirakı ilə müxtəlif teatrlarda 20-yə yaxın səhnə dizaynerlərinə təlim keçiriləcək.

Təlimlərdən sonra yanvarın 10-dan Britaniyalı rejissor Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə birgə Maykl Mak Donaxın “Linenin trilogiyası” əsasında “Gözəllik ilahəsi”, “Qəbiristanlıq sakinləri” və “Yazıq qərb” tamaşalarının hazırlığına başlayacaq. Tamaşanın ilk təqdimatı mart ayına nəzərdə tutulub.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq “British Council” Azərbaycan nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR