Bakıda “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq konfrans keçirilir
# 21 iyun 2013 10:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın xəbərinə görə, tədbirin açılışında çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, beynəlxalq konfrans Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

A.Əlizadə qeyd edib ki, bu gün bir tərəfdən qloballaşan, digər tərəfdən virtuallaşan dünyada elmin öz dinamikası və onun doğurduğu spesifik problemlər mövcuddur: “İndi dünyanın müxtəlif elm kollektivləri arasında sərhədlər aradan qalxır və yeni virtual elmi kollektivlər yaranır. İntellektual mülkiyyətin qorunması, plagiatlıq və piratçılıqla mübarizə, müəllif hüquqlarının qorunması, virtual və fiziki beyin axını, intellektual əmək bazarının qloballaşması və s. bu kimi problemlərin həll edilməsi faktiki olaraq yeni hüquqi yanaşmalar tələb edir. Konkret olaraq desək, virtual dünyada müxtəlif hüquq sistemlərinin və mədəniyyətlərin qarşılaşması prosesi baş verir. Bu qarşılaşmaların ziddiyyətə yox, harmoniyaya xidmət etməsində elmi yanaşmalar aparıcı olmalıdır”.

Qeyd edək ki, iki gün davam edəcək konfransda Rusiya, Ukrayna, Litva, Polşa, Yunanıstan, Türkiyə, Gürcüstan və Almaniyadan olan alimlər iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR