Rusiyalı ekspert: "Ukraynanın Avrasiya İqtisadi Birliyində olmamasını yalnız Azərbaycanın bu quruma qoşulması kompensasiya edə bilər"

Rusiyalı ekspert: "Ukraynanın Avrasiya İqtisadi Birliyində olmamasını yalnız Azərbaycanın bu quruma qoşulması kompensasiya edə bilər"
# 10 iyun 2014 10:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Ukraynanın Avrasiya İqtisadi Birliyində olmaması faktını yalnız Azərbaycanın bu təşkilata qoşulması kompensasiya edə bilər". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri “EvrAzEs” İnstitutunun direktoru Vladimir Lepyoxin deyib.

Avrasiya İqtisadi Birliyinin Ukraynasız çətin inkişaf edəcəyini söyləyən V. Lepyoxin bildirib ki, bu təşkilatın qurulması o vaxt mümkün ola bilər ki, yeni “Novorossiya” dövləti qurulsun və həmin dövlət “EvrAzEs”ə qoşulsun: “Əgər belə dövlət yaradılmayacaqsa, o zaman Avrasiya İqtisadi Birliyinin inkişafı bir sıra çətinliklərlə üzləşəcək. Ukraynanın və ya Novorossiyanın Avrasiya İqtisadi Birliyində olmaması faktını yalnız Azərbaycanın Birliyə qoşulması kompensasiya edə bilər. Bununla yanaşı, Azərbaycan və Ermənistanın Avrasiya Birliyinə eyni vaxtda qoşulması təkcə Avrasiya Birliyinin yeni inteqrasiya səviyyəsinə çıxması demək deyil, bu, həm də Azərbaycan və Ermənistan arasındakı problemin həlli və münasibətlərin normallaşması, eləcə də Cənubi Qafqazda siyasi sabitliyin təmin edilməsi deməkdir".

V. Lepyoxinin sözlərinə görə, Qərb siyasətçiləri Qafqaz regionunun vacibliyini yaxşı başa düşürlər: "Ona görə də, onlar Azərbaycan və Ermənistan arasında gərginliyin saxlanılması, Dağlıq Qarabağ problemi ətrafında vəziyyətin gərginləşdirilməsi üçün əllərindən gələni edirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR