Polşada qaz kəmərində partlayış olub, iki nəfər ölüb

Polşada qaz kəmərində partlayış olub, iki nəfər ölüb
# 15 noyabr 2013 11:33 (UTC +04:00)

Partlayışdan sonra başlayan yanğın isə artıq söndürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, partlayış bir gün əvvəl Velokopolsk vilayətinin Yankvuş-Pşiqodski məntəqəsində, qaz kəmərinin yanında yeni xəttin çəkilməsi zamanı baş verib. İki fəhlənin öldüyü, on üç nəfərin xəsarət alması haqqında məlumat açıqlanıb. Onlardan yeddi nəfər, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib. On ev və iki tikili yanıb.

Qəza xidməti operativ şəkildə qaz kəmərini bağlasa da, boruda qalan qaz 18 saat yanıb.

Diametri 50 sm olan yüksək təzyiqli boru “Gaz-System” dövlət şirkətinə məxsusdur.

Şirkət zərərçəkənlərə kompensasiyanın veriləcəyini vəd edib. Ekspert qrupu və prokurorluğun müstəntiqləri qəzanın baş vermə səbəblərini araşdırmağa başlayıblar.

Polşanın baş naziri Donald Tusk noyabrın 15-də hadisə yerinə gəlib. O, təcili olaraq tədqiqatların ilkin nəticələrinin elan edilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR