Mart ərzində BBVB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 24 mln. manatdan çox olub

Mart ərzində BBVB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 24 mln. manatdan çox olub
# 04 aprel 2014 06:45 (UTC +04:00)


Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari ilin mart ayının yekunlarına görə, Bakı Banklararası Valyuta Birjası (BBVB) onun valyuta bölməsində USD/AZN_TOD aləti üzrə keçirilən hərraclarda 6 bank iştirak edib.

APA-Economics” ə verilən məlumata görə, Birja Elektron Ticarət Sistemində (“BETS”) hesabat ayında 30 ticarət sessiyası keçirilib və 12 əqd qeydə alınıb. Hərracların həcmi 24,41 mln. manat (31,122 mln. ABŞ dolları) təşkil edib.

Fevral ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 3,28 mln. manat və yaxud 16% artıb.

“BETS” USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,075 mln. dollara çatdığı halda hər əqdin orta həcmi 2,594 mln. dollar təşkil edib.

Qeyd edək ki, hesabat ayında birjada Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi dəyişilməz qalıb - hər USD görə 0,783 AZN təşkil edib. Milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi mart ayında 0,7843 AZN-ə bərabər olub.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin Mart ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,21%, ABŞ dolları üzrə isə 10,52% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 5,18% və ABŞ dolları ilə 5,04% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR