AMEA-nın Ədəbiyyat İnstitutu Azərbaycandakı ədəbi proseslərin yekunları ilə bağlı yaradıcılıq müşavirəsi keçirəcək

AMEA-nın Ədəbiyyat İnstitutu Azərbaycandakı ədəbi proseslərin yekunları ilə bağlı yaradıcılıq müşavirəsi keçirəcək
# 28 mart 2014 13:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycandakı ədəbi proseslərin ötən ilə aid yekunları ilə bağlı yaradıcılıq müşavirəsi keçirəcək.

İnstitutdan APA-ya verilən məlumata görə, “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda keçirilən müşavirədə nəsr, poeziya, dramaturgiya baxımından ötən il Azərbaycanda baş verən ədəbi yeniliklərdən söz açılacaq, elm adamları diqqətlərini cəlb edən əsərlər və müəlliflər haqqında danışacaqlar. Müşavirə zamanı gənc müəlliflərin də əsərlərinə toxunulacaq. Tədbirdə bədii tərcümə sahəsində də son vəziyyət müzakirə predmeti olacaq.

Yaradıcılıq müşavirəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, institutun direktor müavini, f.üf.d. Şəmil Sadıqov, filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları çıxış edib öz müşahidə və mülahizələrini müşavirə iştirakçıları ilə bölüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR