Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Masallıda vətəndaşların regional qəbulunu keçirəcək

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Masallıda vətəndaşların regional qəbulunu keçirəcək
# 22 iyun 2013 15:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov iyulun 5-də Masallı rayonunda vətəndaşların regional qəbulunu keçirəcək. Bu barədə APA-ya DTXK-dən məlumat verilib.

Görüşdə Masallı, Lerik, Yardımlı, Astara, Biləsuvar, Cəlilabad rayonları ilə yanaşı Lənkəran şəhərinin də vətəndaşlarının müraciətlərinə baxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR