Lerikdə uşaq bağçası yanıb

Lerikdə uşaq bağçası yanıb
# 23 yanvar 2014 19:55 (UTC +04:00)

Bakı-APA. Lerikdə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Vistən kəndində (rayon mərkəzindən 20 km aralı) Rayon İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 375 kv.m olan 7 otaqdan ibarət uşaq bağçasında baş verib. Nəticədə uşaq bağçasının yanar konstruksiyaları 320 kv.m sahədə yanıb.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR