Bakıda iki 5 otaqlı ev yanıb

Bakıda iki 5 otaqlı ev yanıb
# 08 oktyabr 2013 23:18 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın Qaradağ rayonunda bir dam altında tikilmiş 2 ailəyə məxsus 1 mərtəbəli fin tipli yaşayış evində baş verib. Nəticədə, ümumi sahəsi 60 kv.m olan 5 otaqlı evin yanar konstruksiyaları, digərində isə ümumi sahəsi 50 kv.m olan 5 otaqlı evin yanar konstruksiyaları (ümumi 110 kv.m sahədə) yanıb. Yanğından yaxınlıqdakı fin tipli evlər mühafizə olunub. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR