Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 7370 abituriyent sənəd verib

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 7370 abituriyent sənəd verib
# 13 sentyabr 2013 08:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi edən abituriyentlərin sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrin boş qalan plan yerlərinə qəbul olmaq üçün 803, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçünsə 6567 abituriyent ixtisas seçimində iştirak edib.

Sentyabrın 9-dan başlayan ixtisas seçimi bu gün saat 11:00-da yekunlaşıb. Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmənin nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, ixtisas seçimində 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR