Rusiyada ev sahibəsini boğub öldürərək 9-cu mərtəbədən atan azərbaycanlıya 18 il həbs cəzası verilib

Rusiyada ev sahibəsini boğub öldürərək 9-cu mərtəbədən atan azərbaycanlıya 18 il həbs cəzası verilib
# 17 yanvar 2014 09:11 (UTC +04:00)

APA-nın Rusiya müxbirinin məlumatına görə, hadisə 2013-cü ilin mart ayında Tolyatti şəhərində baş verib.

Bir gecəlik ev kirayə götürən azərbaycanlı kirayə pulunu ev sahibəsinə vermək istəməyib. O, buna etiraz edən qadını boğaraq öldürüb. Daha sonra onun üzərindəki qızıl-zinət əşyalarını götürərək, cinayətin izini itirmək məqsədilə qadını 9-cu mərtəbədən aşağı atıb və hadisə yerindən qaçıb.

Samara vilayət məhkəməsinin hökmü ilə azərbaycanlının cinayəti sübuta yetirilib, ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR