Hüquq müdafiəçisi: “Hacı Məmmədov özü MTN-in İstintaq təcridxanasında saxlanılmasını istəyir”

Hüquq müdafiəçisi: “Hacı Məmmədov özü MTN-in İstintaq təcridxanasında saxlanılmasını istəyir”
# 24 dekabr 2013 14:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanası qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir”.

APA-nın məlumatına görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bu gün keçirdiyi tədbirdə deyib: “Bəzilər deyirlər ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanası olmamalıdır. Lakin bu yanlış fikirdir. Bütün ölkələrdə xüsusi xidmət orqanlarının İstintaq təcridxanası var. Tam məsuliyyətimlə bildirirəm ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında hər şey qanuna uyğun edilir. Heç bir məsələdə qanundan kənara çıxılmır. Orada olan şərait heç bir yerdə yoxdur. Məsələn, Hacı Məmmədovun kamerasında televizor var. Çünki ömürlük azadlıqdan məhrum edilib. Ömürlük məhkumun kamerasında televizora icazə verilir. Hacı Məmmədovun orada saxlanılmasına gəlincə, bu məsələni dəfələrlə qaldırmışam. Hacı Məmmədov özü orada saxlanılmasını istəyir. Qobustan həbsxanasına köçürülməsindən qorxur, fikirləşir ki, kimsə orda ona nə isə edər. Oturub təkadamlıq kamerada rəsm çəkir, incəsənətlə məşğul olur. Yaddan çıxmaq istəyir. Lakin bu mümkün deyil” .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR