Azərbaycanda gənclərlə bağlı qanunvericiliyə əlavələrin edilməsi üçün təkliflər paketi müvafiq qurumlara təqdim edilib

Azərbaycanda gənclərlə bağlı qanunvericiliyə əlavələrin edilməsi üçün təkliflər paketi müvafiq qurumlara təqdim edilib
# 11 dekabr 2013 12:18 (UTC +04:00)

Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev APA-ya açıqlamasında deyib. Nazir müavini bildirib ki, Azərbaycanda gənc alimlərə sosial dəstəyin göstərilməsi istiqamətində müəyyən işlər görülür. İ.Babayev qeyd edib ki, nazirlik qanunvericilik bazasında müəyyən əlavə və düzəlişlərin edilməsi ilə bağlı təşəbbüslə çıxış edib: “Biz öz təkliflər paketimizi müvafiq qurumlara təqdim etmişik, ayrı-ayrı dövlət qurumlarda razılaşma mərhələdədir. Düşünürəm ki, növbəti ildə bu məsələyə aydınlıq gətiriləcək və bununla da əlavə addımlar atılacaq. Bizim məqsədimiz həm ipotekanın verilməsinin sadələşdirilməsi, eyni zamanda sosial ipoteka əldə etmək hüququ olan insanların kateqoriyasını artırmaqdan ibarətdir. Hazırda əsas təşəbbüs “Gənclər siyasəti” haqqında qanuna düzəliş olunması, burada gənc alim məfhumunun öz əksini tapması ilə bağlıdır”.

Onun sözlərinə görə, gənc ali yaşının 40 yaş müəyyən edilməsi təklif olunur: “Çünki 29 yaşa kimi gənc alim olmaq çətinlik yaradır. Bu yaş dövründə elmlər doktoru, elmlər namizədi olmaq bir az çətindir. Bundan əlavə, sosial ipotekada gənc alimə aid olan kateqoriyada yaş məsələsinin əks olunması nəzərdə tutulur. Gənc ailə 35 yaşa kimidir, gənclik yaş dövrü isə 29 yaşa kimi götürülür. Sosial ipotekanın verilməsində gənc alimin ayrıca qeyd olunmasını zəruri hesab edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR