TQDK Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib

TQDK Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib
# 09 iyun 2014 12:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün eyni zamanda bu şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri, habelə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsinin şagirdləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı veriblər.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə imtahan saat 15-də başlanıb və 2 saat müddətində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə olub.

Bütün binalarda şagirdlər üçün normal imtahan şəraiti yaradılıb, imtahanın təlimata uyğun keçirilməsinə nəzarət olunub.

Qeyd edək ki, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR