Heydər Əliyev Beynəlxalq Hava Limanında qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Heydər Əliyev Beynəlxalq Hava Limanında qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 26 dekabr 2013 14:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev Beynəlxalq Hava Limanında qətl törətməkdə təqsirləndirilən Sahib Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 7-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qətl hadisəsi mayın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində 38 yaşlı Musayev Sahib Yunis oğlu tərəfindən, tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus “VAZ-2106” markalı avtomobildə törədilib. Bildirilir ki, qətldən sonra Musayev elə həmin avtomobildə öldürülmüş şəxsin cəsədini Nərimanov Rayon Polis İdarəsinə gətirərək, təslim olub.

Həmin vaxt yayılmış məlumatlara görə, Sahib Musayev qaydasız döyüş üzrə idman ustası, 44 yaşlı Musa Musayevin kiçik qardaşıdır. O hətta Bakıda qaydasız döyüş məktəbi də təşkil edib.

Həmin şəxslərin əvvəldən ədavətlərinin olduğu, hadisənin bu üzdən baş verdiyi də yayılan xəbərlərdə öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR