Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Albaniyada monitorinq keçirib

Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Albaniyada monitorinq keçirib
# 15 fevral 2014 07:09 (UTC +04:00)

L. Hüseynovun APA-ya verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyəti ölkənin müxtəlif bölgələrində yerləşən polis bölmələrinə, həbsxanalara və psixiatriya müəssisələrinə baş çəkib, orada saxlanılan şəxslərlə necə rəftar olunduğunu və onların saxlanma şəraitini qiymətləndirmək məqsədilə monitorinq keçirib.

Səfərin yekunları Albaniyanın daxili işlər naziri Saimir Tahiri və ədliyyə naziri Nasip Naço ilə keçirilən görüşlərdə ətraflı müzakirə olunub.

L. Hüseynov qeyd edib ki, monitorinqin nəticələri barədə geniş məruzə hazırlanaraq, Albaniya hökumətinə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR