TQDK-nın Ağcabədi regional bölməsində nəzarətçi-müəllimlərlə seminar-məşğələlər başa çatıb

TQDK-nın Ağcabədi regional bölməsində nəzarətçi-müəllimlərlə seminar-məşğələlər başa çatıb
# 13 fevral 2014 11:12 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. TQDK-nın Ağcabədi regional bölməsi tərəfindən 2014-cü ildə keçiriləcək imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcək nəzarətçi - müəllimlərlə seminar-məşğələlərin keçirilməsi yekunlaşdırılıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 27-dən başlayan seminarlarda qrafikə uyğun olaraq Ağcabədi, Tərtər, Ağdam, Bərdə, Füzuli, Beyləqan və Zərdab rayonundan olan 1200 nəfər nəzarətçi-müəllim iştirak edib.

Seminar-məşğələlərdə nəzarətçilərə imtahanların idarə olunması qaydaları izah edilib, imtahanın gedişinə aid film nümayiş etdirilib, onlar əyani vəsaitlərlə tanış edilib və anket məlumatları dəqiqləşdirilib.

Sonda nəzarətçiləri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR