«Peugeot 308» ilin avtomobili seçilib - FOTO

«Peugeot 308» ilin avtomobili seçilib - <span style="color: red;">FOTO
# 07 mart 2014 08:00 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, Avropanın 22 ölkəsini təmsil edən 58 jurnalistdən ibarət jüri nominasiyaya təqdim edilmiş 30 Amerika, Yaponiya, Avropa və Koreya avtomobili arasından məhz “Peugeot 308”i bu ada layiq görüb.

Nominasiyanın 7 finalçısı arasında “BMW i3” və “Tesla S” kimi elektro-mobillərlə yanaşı, “Citroen C4 Picasso”, “Mazda3”, “Skoda Octavia” və “Mercedes S-Class” modelləri var. Yeni “Peugeot 308” ötən ilin sentyabrında Avropaya təqdim edilib. Fransada Soşo zavodunda istehsal edilən model detal və ehtiyat hissələrinin 50%-dən çoxu Fransaya aid olduğundan, "Fransa istehsalına zəmanət" alıb. Bu zəmanət modelin dizayna, texnologiyaya və yeniliklərə tələbkar olduğu kimi, qənaətcilliyi ilə məşhur fransızların zövqünə cavab verdiyini göstərir. "Fransa istehsalına zəmanət" yüksək keyfiyyətə alışmış avropalılara enişli-yoxuşlu Fransa yollarında sınanmış avtomobil təklifidir. Yeni model əvvəlki Peugeot 308-dən dizaynı, texniki xarakteristikaları, dinamika və texnoloji yenilikləri ilə xeyli fərqlənir. Model sinfində heç bir avtomobildə olmayan yüksək dərəcədə təhlükəsizliklə təchiz edilib. 4 mühərrik tipi ilə buraxılan “Peugeot 308”in bu yazdan etibarən yeni SW gövdə seçimi də avtomobil həvəskarlarının ixtiyarına veriləcək. Sentyabrdan bəri uğurlu satış rekordu vuran modelə artıq 55 000-dən çox sifariş qəbul edilib.

İlin avtomobili adı Avropanın avtomobil sənayesində ən prestijli ad olub, modelin dizaynı, eleqantlıq və dinamikliyi, çəkisinin azaldılmasında tətbiq olunan qabaqcıl texnologiya, innovativ alətlər və nəzarət paketi ilə idarəedilməsi kimi xüsusiyyətlərini əhatə edir.

İlin avtomobili adı uğrunda səsvermədə 307 bal toplayaraq qalib olmuş “Peugeot 308”dən sonra ən çox səsi - 223 balı “BMW i3” yığıb.

“Peugeot” brendinin Azərbaycanda rəsmi təmsilçisi “Auto Azərbaycan” şirkəti yeni “Peugeot 308”in Azərbaycan bazarına ilin sonlarına doğru təqdim ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR