Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək - FOTO

Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək - <span style="color: red;">FOTO
# 18 sentyabr 2013 09:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Onun sözlərinə görə, iclasda kənd təsərrüfatına, eləcə də ikitərəfli münasibətlərə dair digər məsələlər müzakirə olunacaq: “Toplantıya hazırlıq çərçivəsində biz bütün lazımi sənədləri təqdim etmişik. Onlara ÜTT-də baxılır. Yaxın günlərdə Azərbaycana qeyd və tövsiyələr daxil olacaq, biz də onlara cavab verəcəyik”.

M.Məmmədquliyev deyib ki, Azərbaycan nümayəndə heyəti ÜTT-yə üzvlüklə bağlı ABŞ, Avropa Birliyi və bir sıra digər ölkələrlə ikitərəfli görüşlər keçirəcək: “Biz bu görüşlərə tam hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR