TQDK sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

TQDK sədri Sumqayıtda vətəndaşları qəbul edəcək
# 26 iyun 2014 07:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 4-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını (eservices.tqdk.gov.az/SedrinQebulu) doldurmaqla qeydiyyatdan keçməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Sumqayıt şəhər, Abşeron və Xızı rayon təhsil şöbələrinə müraciət edə bilərlər. Sumqayıt şəhərində qəbul saat 11:00-da Sumqayıt şəhər Tarix Muzeyində keçiriləcək.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR