Azərbaycanda yaşayış evinin partlaması nəticəsində bir nəfər xəsarət alıb

Azərbaycanda yaşayış evinin partlaması nəticəsində bir nəfər xəsarət alıb
# 28 iyun 2014 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Masallı rayonunda yaşayış evində partlayış olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 27-də saat 21 radələrində Masallı rayonu ərazisində İlkin Şabanzadənin yaşadığı mənzildə təbii qazın sızmasından ani partlayış baş verib.

Dağıntı olmayıb, yanıq xəsarəti almış İ. Şabanzadə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR