“Eurovision 2014” mahnı müsabiqəsinin qalibi 290 xalla Avstriya təmsilçisi Konçita olub - FOTOSESSİYA - VİDEO

“Eurovision 2014” mahnı müsabiqəsinin qalibi 290 xalla Avstriya təmsilçisi Konçita olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 may 2014 00:48 (UTC +04:00)

APA-nın məlumatına görə, final şousunda rəqqaslar müsabiqədə iştirak edən ölkələrin bayraqları ilə akrobatik hərəkətlər və maraqlı şou təqdim edilib. Daha sonra müsabiqənin aparıcıları iştirakçı ölkələrin təmsilçilərini səhnəyə dəvət ediblər. Builki şouda hər bir ölkə təmsilçisi səhnədən “B and V” arenada quraşdırılmış gözləmə otağına yola salınıblar. “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel müsabiqəni izləyən milyonlarla tamaşaçını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar.

Finalda birincilik uğrunda mübarizə aparan 26 ölkə təmsilçisi mübarizə aparıb. Bunlar Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniyadır. Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Danimarkadan maraqlı guşələrin görüntüləri olub.

“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs verirlər. Final şousu başa çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər müsabiqənin yekununda tamaşaçı səsləri ilə toplanır. Səsvermə intervalı aktında iyirmi altı ölkənin təmsilçilərinin final şousundakı çıxışlarının ən maraqlı məqamları bir daha nümayiş olunub.

“Eurovision 2014” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında ən çox gündəmdə olan Avstriya təmsilçisi Conçita Vurst olub. O, 290 xalla birincilik əldə edib. Saqqalı təmsilçi iştirakçı ölkələrin çoxundan 12 xal alıb. Azərbaycan təmsilçisi Dilarə Kazımova müsabiqədə sonuncu yerlərdə olub.

Qeyd edək ki, Azərbaycan 12 xalını Rusiyaya, 10 xalını Ukraynaya, 8 xalını isə Macarıstana verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR