Qazaxıstan Gömrük İttifaqına qoşulması ilə bağlı Ermənistandan Dağlıq Qarabağ probleminə dair izahat istəyib

Qazaxıstan Gömrük İttifaqına qoşulması ilə bağlı Ermənistandan Dağlıq Qarabağ probleminə dair izahat istəyib
# 24 dekabr 2013 13:32 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Qazaxıstan Ermənistanın Gömrük İttifaqına qoşulması üçün “yol xəritəsi”ni xüsusi rəylə imzalamağa hazırdır. Belə ki, Astana Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinə dair izahat istəyir. APA-nın “Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclasında deyib. “Ermənistanla bağlı “yol xəritəsi” ümumən razılaşdırılıb, onu qəbul etmək olar. Bununla yanaşı, Gömrük İttifaqının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni xüsusi rəylə imzalayacağıq”.

N. Nazarbayev ümid etdiyini bildirib ki, sənəd razılaşdırılarkən ekspertlər bu məsələnin həllini tapacaqlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR