Azərbaycan fond bazarının peşəkar iştirakçılarının hesabatlarına dair yeni qaydalar təsdiq edilib

Azərbaycan fond bazarının peşəkar iştirakçılarının hesabatlarına dair yeni qaydalar təsdiq edilib
# 28 fevral 2013 08:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə «Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması» qaydaları təsdiq edilib və Azərbaycan Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, qaydalar qiymətli kağızlar bazarında çevik və risk əsaslı prudensial tənzimləmənin və nəzarətin təmin edilməsi məqsədilə qabaqcıl beynəlxalq standartların tələbləri nəzərə alınmaqla hazırlanıb. Belə ki, həmin qaydalarla müəyyən olunmuş yeni hesabatlılıq sistemi qiymətli kağızlar bazarında peşəkar iştirakçılarının maliyyə dayanıqlılığının və idarəetmə sistemlərinin mütəmadi olaraq qiymətləndirilməsinə, müəyyən edilmiş risklərin azaldılması məqsədilə preventiv tədbirlərin görülməsinə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR