Yunanıstanın paytaxtı Afinada polis şöbəsinə hücum törədilib

 Yunanıstanın paytaxtı Afinada polis şöbəsinə hücum törədilib
# 22 fevral 2013 04:44 (UTC +04:00)

Bakı-APA. Otuz nəfərdən ibarət qrup fevralın 21-dən 22-nə keçən gecə Afinanın mərkəzi rayonu Eksarxiya rayonunda yerləşən polis bölməsinə hücum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər polis bölməsinin binasına bir neçə yandırıcı maddələrlə dolu şüşə qablar atıblar. Yanğın binanın giriş hissəsini və post-patrul avtomobilini zərər vurub. Xəsarət alan yoxdur. “İsti izlərlə” cinayətkarları saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, Eksarxiya rayonu Afinada anarxistlərin daha çox cəmləşdiyi rayonlardan biridir. Burada mütəmadi olaraq polislə toqquşmalar baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR