Gəncədə iki qadın dəm qazından zəhərlənib

Gəncədə iki qadın dəm qazından zəhərlənib
# 14 mart 2013 09:38 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bir gündə iki qadın dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, dünən şəhərin 20 Yanvar küçəsində yaşayan 1964-cü il təvəllüdlü Tamara Əliyeva evinin vanna otağında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan qadın reanimasiya şöbəsinə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Digər bir zəhərlənmə faktı isə şəhərin 5-ci mikrorayonunda olub. Qazaxıstan respublikasından Gəncəyə qonaq gələn 1961-ci il təvəllüdlü Aybəniz Tağıyeva vanna otağında dəm qazından zəhərlənib. A. Tağıyeva xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR