Əskişəhər Güney Azərbaycan Kültür Dərnəyi fəaliyyətə başlayıb

Əskişəhər Güney Azərbaycan Kültür Dərnəyi fəaliyyətə başlayıb
# 05 may 2013 04:55 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Əskişəhər Güney Azərbaycan Kültür Dərnəyi fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, mayın 4-də Türkiyənin Əskişəhər şəhərində, Aydın Arat salonunda təşkilatın təsis konfransı keçirilib. Tədbirdə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) nümayəndələri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Odunpazarı üzrə təmsilçisi, HEPAR-ın Əskişəhər üzrə nümayəndəsi, makedoniyalı millət vəkili, Əskişəhər, Odunpazarı, Beylikova və Mihalcık Ülkü ocaqlarının başqanları və başqaları iştirak ediblər. Konfransı Əskişəhər Güney Azərbaycan Kültür Dərnəyinin rəhbəri Mehdi Yıldız açıb, daha sonra Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) Orta Şərq və İran üzrə eksperti Arif Kəskin və GAMOH təmsilçisi Rza Talibi çıxış ediblər. Tədbirə Elin Cəliloğlunun şeirlərinin səsləndirildiyi bədii hissə ilə yekun vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR