Misirdə Müəmmar Qəddafinin əmisi oğlu həbs olunub

Misirdə Müəmmar Qəddafinin əmisi oğlu həbs olunub
# 20 mart 2013 04:26 (UTC +04:00)

Bakı-APA. Misirdə Liviyanın sabiq lideri Müəmmar Qəddafinin əmisi oğlu Əhməd Qəddafi Ad Dama həbs olunub. APA-nın məlumatına görə, bu məlumatı bu gün “BBC” telekanalı yayıb.

Həbsə mane olmaq istəyən cangüdənlər evi mühasirəyə alan polisə atəş açıb. Atışmanın qurbanları barədə xəbər verilmir.

Liviyanın sabiq liderinin əmisi oğlunun həbs olunmasının səbəbləri də hələlik açıqlanmır, lakin məlumdur ki, yeni Liviya hakimiyyəti Əhməd Qəddafini keçmiş rejimin törətdiyi cinayətlərlə əlaqəli olduğunu iddia edir və onun ekstradisiya olunmasını tələb edir. Müəmmar Qəddafinin hakimiyyətdə olduğu müddətdə Əhməd Qəddafi Liviyanın Misirdəki səfiri vəzifəsində olub. 2011-ci ildə o Tripolini tərk edərək Qahirəyə köçüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR