Sabunçuda baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib

Sabunçuda baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib
# 22 mart 2013 18:56 (UTC +04:00)

Bakı – APA. Sabunçu rayonunda yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR