Azərbaycan prezidenti İlham Əliyev Barak Obamaya başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Barak Obamaya başsağlığı verib
# 18 aprel 2013 16:16 (UTC +04:00)

APA-nın məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Texas ştatındakı mineral gübrə istehsalı zavodunda baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması, eləcə də dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR