ADP prezident seçkilərinə öz namizədi ilə qatıla bilər

ADP prezident seçkilərinə öz namizədi ilə qatıla bilər
# 26 mart 2013 13:36 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Partiyanın seçkilərlə bağlı mövqeyi İdarə Heyətinin toplantısında müzakirə olunur”. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri bildirib ki, partiyanın prezident seçkilərində iştirakı hazırda müzakirə olunur. Bu barədə hələlik yekun qərar olmadığını deyən S. Cəlaloğlunun sözlərinə görə, ADP-nin seçkilərdə öz namizədi ilə iştirakı istisna deyil: “Belə bir fikir var ki, ADP prezident seçkilərində öz namizədi ilə iştirak etsin. Hələlik bu məsələni açıq müzakirəyə çıxarmamışıq, amma məsələ partiyanın İdarə Heyətində müzakirə olunur. Hazırda bu barədə konkret bir qərarımız olmadığı üçün əvvəlcədən deyə bilmərəm. Seçkilərdə iştirakla bağlı yekun qərar verilərsə, Ali Məclisinin növbəti toplantısında partiyanın namizədi açıqlana bilər. Siyasi qərarı İdarə Heyəti də verə bilər. Rəsmi qərar isə yalnız Seçki Məcəlləsində göstərilən müddətdə veriləcək. Bu da seçkilərdən təxminən bir ay əvvələ təsadüf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR