Sabah Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilişində fasilələr olacaq

Sabah Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilişində fasilələr olacaq
# 29 yanvar 2013 15:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Təmir işləri ilə əlaqədar olaraq yanvarın 30-da saat 10:00-dan etibarən “Yevlax-Balakən” magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarına, eləcə də Ağdaş və Yevlax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR