Bu ilin 9 ayı ərzində 1676 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülüb

Bu ilin 9 ayı ərzində 1676 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülüb
# 10 dekabr 2012 10:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Cari ilin 9 ayı ərzində 8380 nəfərdən ibarət 1676 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülüb”. APA-nın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov deyib O bildirib ki, 533 ailə, yəni 2595 nəfər məcburi köçkün Abşeron rayonu ərazisində hər bir şərait yaradılan mənZillərə köçürülüb. Cari ilin sonunadək 11185 nəfərdən ibarət 2237 məcburi köçkün ailəsi yeni tikilmiş mənzillərə köçürüləcək.

G. Fərhadovun sözlərinə görə, bötüvlükdə 2012-ci ildə Azərbaycanda 19565 nəfərdən ibarət 3913 məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq. Bu məqsədlər üçün 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılıb ki, bu da yeni mərhələnin başlanması deməkdir. 2012-ci ildə qaçqınların və məcbvuri köçkünlərin sosial problemlərinə 569,6 milyon manat vəsait xərclənməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR